Polis xüsusi təyinatlıları Rusiyanın Bakıdakı səfirliyində

Polis xüsusi təyinatlıları Rusiyanın Bakıdakı səfirliyində

Təlim məşqi səfirliyin nümayəndələri də izləyiblər.

Bu gün səhər saatlarında Rusiyanın Bakıdakı səfirliyinin qarşısına xüsusi təyinatlı polislər və Daxili Qoşunların qüvvələri yeridilib.

Oxu.Az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, xüsusi təyinatlıların ərazidə əməliyyat keçirdiyi müşahidə olunub.

Ərazidə xidmət aparan polis əməkdaşları heç bir açıqlama verməyiblər. Nəsimi Rayon Polis İdarəsindən APA-ya sözügedən əraziyə xüsusi təyinatlıların çıxarıldığı təsdiqlənsə də, ətraflı məlumat verilməyib.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə APA-nın sorğusuna cavab olaraq bildirib ki, bu gün səhər saat 08.00 radələrində Bakı şəhərində daxili işlər orqanlarının əməkdaşları Rusiyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin ərazisində əvvəlcədən planlaşdırılmış növbəti xüsusi-taktiki təlim məşqi keçiriblər. 

E. Zahidov qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən bütün səfirlik və diplomatik nümayəndəliklərin daha etibarlı mühafizəsini təmin etmək və gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının operativ şəkildə almaq məqsədilə keçirilən təlim məşqi səfirliyin nümayəndələri də izləyiblər.

0
19