Məhəmməd Əli əfsanəsi bitdi

Məhəmməd Əli əfsanəsi bitdi

Amerikanın əfsanəvi boksçusu Məhəmməd Əli vəfat edib.

Lent.az-ın Lenta.ru-a istinadən məlumatına görə, 74 yaşlı boksçu Arizona ştatındakı xəstəxanalardan birində dünyasını dəyişib.

O, 1984-cü ildən bəri Parkinson xəstəliyindən əziyyət çəkirdi. İyunun 1-i vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilən əfsanəvi boksçu intensiv müalicə almasına baxmayaraq, həkimlər sağalacağına dair heç bir ümid vermirdilər.

Qeyd edək ki, Məhəmməd Əli 1942-ci ilin yanvarın 17-də anadan olmuşdu. Əsl adı Kassiys Marsellus Kley olub.

12 yaşındaykən boksla məşğul olmağa başlayıb. Əli boks üzrə  dünya çempionu və 1960-cı ilin Olimpiya Oyunlarının qalibidir. Həm də beş dəfə “İlin boksçusu” adına layiq görülüb.

Dünyanın tanınmış boksçusu olan Məhəmməd Əli karyerası ərəfəsində 61 oyunda iştirak edib və 56-da qələbə qazanıb.  Qələbələrdən 37-i isə nakautla gerçəkləşib.

0
15