Vaşinqtonda iki avtobus toqquşdu: 21 məktəbli yaralandı

Vaşinqtonda iki avtobus toqquşdu: 21 məktəbli yaralandı

ABŞ-ın paytaxtı Vaşinqtonda yol qəzası baş verib.

APA-nın “AP” agentliyinə istinadən verdiyi məlumata görə, məktəb avtobusunun digər avtobusla toqquşması nəticəsində 21 məktəbli və sürücülərdən biri xəsarət alıb.

Xəsarət alan şagirdlərdən 11-i xəstəxanaya çatdırılıb, digərlərinə ambulator yardım göstərilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir

0
14