Avstraliyada sörfinqçi köpək balığının qurbanı olub

Avstraliyada sörfinqçi köpək balığının qurbanı olub

Avstraliya sahillərində köpək balığının hücumuna məruz qalan sörfinq ustası xəstəxanada dünyasını dəyişib.

Lent.az-ın "report"-a istinadən xəbərinə görə, 29 yaşlı avstraliyalı Ben Gerrinq çərşənbə axşamı köpək balığının hücumuna məruz qalıb. Yırtıcı onun ayağını dişləyib. Bədbəxt hadisə Avstraliyanın qərbində yerləşən Mancera şəhəri ərazisindəki Falkon yaşayış məntəqəsi yaxınlığında baş verib. Zərərçəkən xəstəxanaya çatdırılıb, orada əməliyyat olunub, lakin onun vəziyyəti ağır olaraq qalıb.

Avstraliyanın Balıqçılıq İdarəsi Departamentindən bildirilib ki, yırtıcının zərərçəkənin sörfinqində buraxdığı izlər söhbətin böyük ağ köpək balığından getdiyini deməyə əsas verir.

0
13