Kosova tarixindəki ilk oyunda qalib gəldi

Kosova tarixindəki ilk oyunda qalib gəldi

Dünyanın yaşıl meydanlarında milli komandalar arasında bir neçə yoxlama oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, FİFA üzvlüyünə qəbul edildikdən sonra ilk rəsmi oyununa çıxan Kosova millisi Farer adalarını 2:0 hesabıyla məğlub edib.

Berqamoda keçirilən Albaniya - Ukrayna oyununda ukraynalılar 3:1 hesabıyla qalib gəlib.

Gürcüstan millisi isə Rumıniya ilə oyunda darmadağın olub - 1:5.

İsveçrə millisi evdə Moldovanı 2:1 hesabıyla məğlub edib.

Maraqlıdır ki, baş tutan matçlarda Azərbaycan çempionatında çıxış edən 3 futbolçu meydana çıxıb ki, onlardan hər üçü məğlubiyyətə üzlüb. Gürcüstanda “İnter”li Nika Kvekveskiri, Moldovada AZAL-lı Stanislav Namaşko və Albaniyanın heyətində “Qarabağ”lı Ansi Aqolli komandalarına kömək edə bilməyiblər.

Yoxlama oyunları

3 iyun

İsveçrə - Moldova - 2:1

Qollar: Cemaili, 12, Mehmedi, 75 - Qinsari, 69.

Kosova - Farer adaları - 2:0

Qollar: Bunyaku, 44. Berişa, 90+4

Rumıniya - Gürcüstan - 5:1

Qollar: Adrian Popa, 2, Amisulaşvili, 3 (öz qapısına), Stanku, 49. Torxe, 80; 87 - Motj, 68.

Albaniya - Ukrayna - 1:3

Qollar: Sadiku, 13 - Stepanenko, 9. Yarmolenko, 49. Konoplyanka, 87

0
17