Klinton Trampı 11% qabaqlayır

Klinton Trampı 11% qabaqlayır

ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton əsas rəqibi olan Donald Trampı 11% qabaqlayır.

APA-nın məlumatına görə, bu, Reuters agentliyi  və “İpsos” araşdırma mərkəzinin keçirdiyi rəy sorğusunda bəlli olub.

Demokrat partiyasının təmsilçisi H.Klintonu rəyi soruşulanların 46%-i, respublikaçı D.Trampı isə - 35%-i dəstəkləməyə hazırdır.

Qeyd edək ki, mayın sonunda Klinton Donald Trampı cəmi 3%-lıq üstünlüklə qabaqlayırdı.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

0
24