2016-cı ilin ən seksual qadını seçildi

2016-cı ilin ən seksual qadını seçildi

Maxim jurnalının Amerika versiyası model Stella Maksveli 2016-cı ilin ən seksual qadını adlandırıb.

Oxu.Az xəbər verir ki, gənc model nəşrin iyun və iyul aylarının üz qabığında yer alaraq ən cəlbedici qızların reytinqində birinci yerə layiq görülüb.

Əslən Yeni Zellandiyadan olan 25 yaşlı model bildirib ki, qələbəyə görə öz nikbin xarakterinə borcludur.

“Mən inanıram ki, əgər həmişə ən yaxşı nəticəni fikirləşsən, arzularına mütləq çatacaqsan”, - gənc qız nəşrə müsahibəsində deyib.

The Sun nəşrinin məlumatına görə, Maksvel əvvəllər Balmain, Versace, Jeremy Scott, Marc Jacobs və Chloe markalarının moda nümayişində iştirak edib.

2015-ci ilə qədər o amerikalı müğənni Mayli Sayrus ilə görüşürdü. 2015-ci ilin aprel ayından Maksvel Victoria’s Secret şirkətinin “mələk”lərindən biri olub.

0
23