Millimiz Kanada ilə bərabərliyə qaldı - FOTO

Millimiz Kanada ilə bərabərliyə qaldı - FOTO

Nazarov penalti zərbəsindən fərqlənib.

Futbol üzrə Azərbaycan milli komandası bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq görüşünü keçirib.

Oxu.Az xəbər verir ki,  Robert Prosineçkinin yetirmələri Kanada yığması ilə 1:1 hesablı bərabərliyə qalıblar.

Hesabı 44-cü dəqiqədə kanadalılar açıqblar. Teşo Akindele fərqlənib. 

58-ci dəqiqədə hakim şimali amerikalıların qapısına penalti zərbəsi təyin edib. Dmitri Nazarov bu imkanı boşa verməyib - 1:1.

Oyunda başqa qol olmayınca, matç elə bu hesabla da yekunlaşıb.

0
10