Lavrov: Rahatlaşmaq olmaz, münaqişənin həlli tapılmalıdır

Lavrov: Rahatlaşmaq olmaz, münaqişənin həlli tapılmalıdır

“Dağlıq Qarabağda böhranın həlli üçün demək olar ki, bütün komponentlər var”.

Moskva ümid edir ki, Dağlıq Qarabağda atəşin dayandırılması haqqında razılığa əməl olunacaq, - deyə, Rusiyanın XİN rəhbəri Sergey Lavrov cümə axşamı bildirib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“Biz atəşkəs əldə olunmasını məmnunluqla qeyd etdik”, - deyə, o, Azərbaycan və İranın XİN rəhbərləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zəriflə görüşdən sonra bildirib.

“Biz çalışırdıq ki, dostlarımıza əməl olunacağı və yerinə yetiriləcəyinə ümid bəslədiyimiz razılaşma əldə etməkdə kömək olaq”, - deyə, Rusiya XİN rəhbəri bildirib.

Bundan başqa, Lavrov qeyd edib ki, “rahatlaşmaq olmaz, münaqişəsinin siyasi həllini tapmaq lazımdır”.

“Moskva hesab edir ki, Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təmas xəttində etibar tədbirlərinin işlənilməsini tələb edir”, - deyə, o, bəyan edib.

O həmçinin əlavə edib ki, “Dağlıq Qarabağda böhranın həlli üçün demək olar ki, bütün komponentlər var”.

0
16