Futbol yığmamız Avstriyadan qələbəsiz dönür

Futbol yığmamız Avstriyadan qələbəsiz dönür

Milli komandamız bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələri Kanada ilə qarşılaşıblar.

Bu, yığma komandamızın toplanış çərçivəsindən üçüncü matçı olub. Oynadığı ilk iki qarşılaşmada qalibiyyət üzü görməyən millilər bu dəfə də sevinə bilməyib.

Andorra ilə qolsuz bərabərliyə razılaşıb Makedoniyaya məğlub olan (1:3) əsas komandamız bu dəfə daha güclü rəqibə qarşı bərabərliklə barışmalı olub.

Matçda hesabı şimali amerikalılar açıblar. Akindele təkbətəki boşa verməyib. İlk hissə bu hesabla başa çatıb. Millimiz ikinci hissədə bu qolun əvəzini çıxa bilib.

Cərimə meydançasında Ağabala Ramazanova qarşı kobud oyundan sonra təyin olunmuş penalti zərbəsini Dmitri Nazarov qola çevirib. Oyunda başqa qol olmayınca, matç elə bu hesabla da yekunlaşıb.

Yoxlama oyunu

3 iyun

Azərbaycan - Kanada - 1:1

Qollar: Nazarov, 57 (pen.) - Akindele, 44

0
18