İraqda silsilə partlayışlar: 40 hərbçi öldü

İraqda silsilə partlayışlar: 40 hərbçi öldü

İraqın Əl-Faluca şəhərində terrorçu-kamikadzelər tərəfindən silsilə partlayışlar törədilib.

APA-nın “Əl-Cəzirəyə” istinadən verdiyi məlumata görə, nəticədə azı 40 iraq hərbçisi həlak olub.

Bundan əvvəl İraq hökumətinin nümayəndəsi Bəsam əl-Hüseyni bildirmişdi ki, hökumət qüvvələri və könüllülər ən uzağı bir həftə ərzində Əl-Faluca şəhərini terrorçulardan azad edəcək.

Qeyd edək ki, Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətindədir.

0
20