FİFA-nın binasına basqın edilib

FİFA-nın binasına basqın edilib

Bu gün FİFA-nın Sürixdəki Mənzil Qərargahına növbəti dəfə basqın həyata keçirilib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat Jozef Blatter və Jerom Valke ilə bağlı yeni sənədlərin axtarışı məqsədilə edilib.

İsveçrə Təhlükəsizlik Təşkilatının nümayəndələri binadan bəzi sənədləri və kompüterlərin yaddaşındakı materialları götürüblər.

Prokurorluqdan verilən açıqlamada məsələ ilə bağlı bu cür məlumat verilib: “FİFA ilə bağlı davam edən araşdırma ilə əlaqədar, İsveçrə Baş Prokurorluğunun tapşırığı ilə əməliyyat həyata keçirilib. Məqsəd əldəki materialları təsdiqləmək və yeni məlumatlar əldə etməkdi”.

Həyata keçirilən əməliyyatın FİFA-nın yeni prezidenti Canni İnfantino ilə bağlılığının olmadığı açıqlanıb. Bununla belə, İnfantinonun Etika Komitəsi ilə bağlı incələmə ilə əlaqədar, 1 aylıq cəzalandırılması da istisna deyil.

Qeyd edək ki, İsveçrə polisi Sürixdəki binaya sonuncu dəfə ötən ilin dekabrında basqın edib.

0
21