İƏT Gənclər Forumu almanlara soyqırım haqda dərs keçəcək

İƏT Gənclər Forumu almanlara soyqırım haqda dərs keçəcək

“Bu səsvermə “ikili standartların” təzahürü və Türkiyəyə qarşı siyasi təzyiq vasitəsidir”.

Almaniya Federal Respublikasının Parlamenti tərəfindən 1915-ci il hadisələri haqda qəbul edilən qətnamə ilə əlaqədar DƏ-İKGF-nin İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə üzv 9 ölkənin nümayəndələrindən ibarət İdarə Heyətinin təcili toplantısı keçirilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) sədri Elşad İskəndərov Almaniya bundestaqının məlum qətnaməsi ilə bağlı bəyanatla çıxış edərək bildirib.

“İdarə Heyəti yekdilliklə hüquqi əsası olmayan və tarixi faktlara zidd olan bu qətnaməni pisləmişdir. Nəzərə alsaq ki, nə 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş soyqırım aktının, nə də 1915-ci ildə Anadoluda müsəlman türklərinin, kürdlərinin  və digər xalqların erməni terror qruplaşmaları tərəfindən kütləvi qırğına məruz qalmalarının Almaniya Parlamenti tərəfindən qınanmasını eşitməmişik, bu səsvermənin “ikili standartların” təzahürü və tarixi debatdan Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək cəhdi olduğunu hesab edirik.

DƏ-İKGF tarixi faktların bu cür siyasiləşdirilməsindən və bir tərəfin mürəkkəb xarakterli faciəvi bir hadisədə günahlandırılmasından narahatdır. Belə bir addım milyonlarla türk əsilli alman vətəndaşlarının vəziyyətini potensial təhlükə altına qoya bilər. 

Bundan başqa Almaniyanın və Avropanın bütün müsəlman icmalarını qara piar kampaniyalarının böyük mənfi təsirləri ilə üz-üzə gəlməsinə, gələcəkdə Avropada icmalararası və mədəniyyətlərarası münasibətlərə mənfi təsir göstərə bilər”, –  deyə DƏ-İKGF sədri bildirib.

DƏ-İKGF-nun sədri həmçinin bəyan edib ki, həm İƏT, həm də Avropa ölkələrinin gənclərinə 1915-ci il hadisələri ilə bağlı həqiqi tarixi faktları çatdırmaq üçün DƏ-İKGF, İslam Əməkdaşlıq Təşkilatı platformalarında lazımi diplomatik addımlar atacaq və “XX əsrdə müsəlman icmalarının humanitar fəlakətlərinin anımı üçün İƏT Xatirə günü” proqramı çərçivəsində 1915-ci ildə Anadoluda müsəlman xalqlarının ermənilər tərəfindən qətliamları üzrə təhsil programını aktivləşdirəcək.

0
29