Yüklərin gömrükdən keçirilməsi zamanı yaranan ləngimələrə MÜNASİBƏT

Yüklərin gömrükdən keçirilməsi zamanı yaranan ləngimələrə MÜNASİBƏT

Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədr müavini Qosman Amrin Aktau limanında azərbaycanlı və türk iş adamlarının yüklərinin gömrükdən keçirilməsi zamanı yaranan ləngimələrə münasibət bildirib.

“APA-Economics”in məlumatına görə, Q.Amrin  bildirib ki, yüklərin daşınması ilə bağlı şərtlərin maksimum dərəcədə yumşaldılması ilə bağlı qərar qəbul edilib. Onun sözlərinə görə, bununla da yüklərin gömrük rəsmiləşdirilməsinə sərf olunan müddət azalıb:” Bilirsiniz ki, bu ilin əvvəlində Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu ilə Qazaxıstan prezidenti  Nursultan Nazarbayev arasında görüş keçirilib. Görüşdə tranzit yüklərin daşınması ilə bağlı şərtlərin maksimum dərəcədə yumşaldılması ilə bağlı qərar qəbul edilib. Təbii ki, biz də öz növbəmizdə azərbaycanlı həmkarlarımızla görüşmüşük. Biz Ələt limanında olmuşuq və limanda işlərin necə təşkil olunması ilə maraqlanmışıq. Bizə Qazaxıstanda da belə təcrübənin tətbiqi ilə bağlı tapşırıq verilib. Bu, tranzitin bir  hissəsidir. Azərbaycan və Türkiyədən yükdaşıma ilə məşğul olanlar bildirirdilər ki, Aktauda gömrük prosedurlarından keçmək üçün  9-12 saat vaxt tələb olunur. Hazırda  bu müddət orta hesabla 2 saata qədər azaldılıb. Bununla da biz demək olar ki, Ələt limanında olan standarta yaxınlaşmışıq. Bu qarşılıqlı fəaliyyət nəticəsində mümkün olub. Biz məlumatın ötürülməsi imkanlarından yararlanmağa başladıq. Biz Ələt limanından yüklənən bütün mallarla bağlı məlumat istəməyə başladıq. Qazaxıstan tərəfi yüklər çatana qədər sənədlərin gömrük rəsmiləşdirilməsini həyata keçirməyə müvəffəq oldu. Bu isə vaxt itkisinin qarşısını aldı. Digər tərəfdən biz dövlət orqanlarının birgə fəaliyyəti üçün qayda yaratdıq. Heç kim müxtəlif xidmətlər göstərməməli idi. Bir qəbuledici olmalı, nəzarəti apardıqdan sonra sənədləri qaytarmalıdır. Biz bunları etdik və köməkçi institutlar ləğv edildi. Bunun nəticəsində qısa müddətdə effekt gördük”.

Q.Amrin əlavə edib ki, bir ildən sonra Aktau yaxınlığında Kurikdə yeni liman istifadəyə veriləcək: “Bu liman sizin yeni yaratdığınız Ələt limana bənzəyəcək. Bildiyiniz kimi, bizim hökumət yeni limanın inşası ilə bağlı qərar verib və inşaat işləri davam etdirilir. Azərbaycan və Türkiyədən olan nümayəndə heyəti inşaat işlərinin aparıldığı ərazidə olub. Buradakı imkanlar Aktaudakı limandan bir neçə dəfə çox olacaq. Bununla da Xəzər dənizindən keçməklə daşınan yüklərin həcmi əhəmiyyətli dərəcədə artacaq”.

0
14