Sabahdan Bakının bəzi küçələrində hərəkət tam bağlanacaq

Sabahdan Bakının bəzi küçələrində hərəkət tam bağlanacaq

Sürücülərə alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.

Bakının Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin Bəkir Çobanzadə küçəsi ilə kəsişməsindən Qara Qarayev prospektinə qədər olan hissəsi (Dakar meydanı) iyunun 4-ü səhər saatlarından təmir işləri ilə əlaqədar hərəkətə tam bağlanacaq.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, əks istiqamətdə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan hissədə isə hərəkətə hər-hansı məhdudiyyət tətbiq edilmir.

“Azəravtoyol” vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini məsləhət görür.

0
17