Bakıda bacısını öldürən qardaş intihara cəhd etdi

Bakıda bacısını öldürən qardaş intihara cəhd etdi

Cinayət işi başlanıb.

Bakıda qətl törədilib.

Oxu.Az xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini Ceyhun Qulamov bacısı Arifə Qulamovanı başına küt alətlə vuraraq öldürüb. C. Qulamov bacısını öldürdükdən sonra qollarını kəsərək intihara cəhd edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

0
28