6 qabırğasından xilas olan model indi də göz rəngini dəyişdirdi – FOTO

6 qabırğasından xilas olan model indi də göz rəngini dəyişdirdi – FOTO

İdealı isə cizgi filmi qəhrəmanıdır.

Cizgi filmi qəhrəmanı Jessica Rabbitə bənzəmək üçün altı qabırğasını çıxartdıran isveçli model Pixee Fox indi də göz implantı cərrahi əməliyyatı keçirib.

Oxu.Az xəbər verir ki, incə belli, böyük ombalı, iri sinəli, dolğun dodaqlı ola bilmək üçün 17 dəfə bıçaq altına yatan Fox, gözlərinin rənginin cizgi filmi qəhrəmanı kimi görünməsi üçün növbəti dəfə də əməliyyat masasına uzanıb.

Pixee Fox təbii rəngi mavi olan gözlərindən birinin rəngini parlaq yaşıla çevirmək üçün Hindistana yollanıb.

25 yaşlı qadın “bu, mənim gənclik illərimdə ən çox istədiyim bir şey idi. Gözlərimin fərqli rəngdə olmasını istəyirdim”,- deyə bildirib.

Fox “gözlərimin yeni rəngi dəniz mavisi və yaşıldır. Bu, həqiqətən təbii olaraq tapılması mümkün olmayan rəngdir” deyib.

Apreldə əməliyyat keçirən Fox, müayinə üçün bir müddət Yeni Delhidə qalıb.

Əslində isveçli olan və elektrikçilik edən gənc qadın ölkəsində iş tapa bilməyəcəyinə görə ABŞ-a köçməyi qərar verib.

Şimali Karolinada yaşayan və İnstaqramda 70 min təqibçisi olan Pixee Fox izləyiciləri üçün yaxşı model olduğunu düşünür.

Gənç qadına görə sözügedən cizgi filmi qəhrəmanı ideal qadın bədəninə malikdir.

Fox, dediyi incəliklərə sahib olmaq üçün təhlükəli əməliyyat etdirərək, 6 qabırğasını çıxartdırıb, burun, göz estetik əməliyyatları etdirib, ombasına silikon qoydurub, sinəsinə 4 dəfə üst-üstə silikon yerləşdirib və yağ dondurma əməliyyatı etdirib.

Aytən Sadıqzadə

0
338