Şair Ramaldanov: Erməni əsgərləri bir-birini öldürməyə davam edəcəklər

Şair Ramaldanov: Erməni əsgərləri bir-birini öldürməyə davam edəcəklər

“Onlar ləziz tikəni itirdilər”.

Oxu.Az Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov ilə müsahibəni təqdim edir.

- Cənab polkovnik, Qarabağda dördgünlük müharibədən sonra erməni ordusunda işdən azad edilmə və həbsləri necə şərh edərdiniz?

- Bunu gözləmək olardı. Burda mənim üçün bir hərbçi kimi təəccüblü heç nə yoxdur. Aprel hadisələrini hücum adlandırmazdım, bu daha çox terror əleyhinə əməliyyat idi, məqsəd isə birincisi, yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etmək, strateji əhəmiyyətli yüksəklikləri azad etmək idi.

İkincisi, Azərbaycan Silahlı Qüvvələri daha düşmən ordusunun, işğalçıların atəşkəs rejimini pozaraq etdikləri özbaşnalıqlara dözməyəcək. Onlar atəşkəs rejimini pozaraq bunda Azərbaycanı ittiham edirlər.

Üçüncü məqsəd siyasidir. Beynəlxalq ictimaiyyətdə ATƏT-in üzvlərinin və Minsk qrupunun Qarabağ məsələsinə münasibətin passivləşməsi müşahidə edilirdi. Ermənilər bundan istifadə etmək istədilər və cavablarını aldılar.

Biz bütün tapşırıqları yerinə yetirdik.

Birinci tapşırıq - onların postları bizim yaşayış məntəqələrimizdən uzaqlaşdırıldı. Silahlı Qüvvələrimizə Dağlıq Qarabağın geniş hissəsinə nəzarətin həyata keçirilməsi üçün imkan yaradan strateji yüksəkliklər azad edildi.

İkinci tapşırıqla erməni ordusu, Azərbaycan ordusunun istədiyi zaman onların işğalı altında olan öz ərazilərini azad edə biləcəyini dərk etdi.

Təkrar edirəm, bu hücum əməliyyatı deyildi, Azərbaycan ordusu hücuma hazırlaşmırdı.
İrimiqyaslı əməliyyat olmayıb, aviasiya cəlb edilməyib, artilleriya sistemləri cəlb edilməmişdi, hər şey anidən oldu. Azərbaycan ordusu hücum planlaşdırmamışdı. Hazırda bu strateji yüksəkliklər bizə Dağlıq Qarabağın geniş hissəsinə nəzarətin həyata keçirilməsi üçün imkan yaradır.

Bu tapşırığı da yerinə yetirdik. Üç-dörd gün bu ərazilərdə möhkəmlənməyə sərf edildi. Erməni tərəfi, əlbəttə ki, bu əraziləri geri qaytarmağa cəhd etdi, amma onlarda heç nə alınmadı, yenidən cavablarını aldılar və itkilər verdilər, bir daha dərk etdilər ki, Azərbaycan ordusu artıq həmin ordu deyil.

- Onlar uzun müddət təxəyyüllərində həmin ordunu yaşadırdılar...

- Bəli, ona görə də, təkrar edim ki, ilk gün yüksəklikləri ələ keçirdik, daha sonra isə bu ərazilərdə möhkəmlənməyə üç-dörd gün vaxt sərf edildi. Onlar başa düşdülər ki, bu yüksəkliklər Azərbaycan ordusunun nəzarəti altında olacaq.

Erməni silahlı qüvvələrində bu proses gözləniləndir.

Aprel hadisələri zamanı Azərbaycan ordusu qarşısına qoyulan tapşırıqları yerinə yetirdi, müvafiq olaraq bu yüksəkliklərin müdafiəsində erməni ordusu qarşısına qoyulan tapşırığı yerinə yetirə bilmədi.

Əlbəttə ki, sonra müəyyən təhlillər, yoxlamalar aparıldı, nəticədə Ermənistan ordusunda aparılan bir sıra təxribatçı proseslər üzə çıxdı, bu isə bir sıra vəzifəli şəxslərin səriştəsizliyini göstərdi.

Yəni formal yoxlamalar başladı. Və yoxlamalarda çatışmazlıqlar meydana çıxdıqda, sözsüz ki, bu boşluqlara yol verən rəhbərlər vəzifədən çıxarılır və cəzalandırılırlar. Bu proses yalnız Ermənistana deyil, bütün ölkələrin silahlı qüvvələrinə xasdır.

Amma birbaşa Ermənistana gəldikdə, komissarlığın podpolkovnikinin rüşvətə görə həbsi isə başqa məsələdir. Axı komissarlıq – insanları hərbi xidmətdən gizlədə bilən əsas orqandır.

Hələlik, buna görə yalnız bir komissar tutulub. Demək istəyirəm ki, Ermənistan silahlı qüvvələrində gedən kadr dəyişiklikləri ordunun vəziyyətini göstərir.

Yoxlamalara səbəb dördgünlük müharibə oldu. Üç general hərbi əməliyyatlardan sonra dərhal vəzifədən çıxarıldı. 

Demək olar ki, Azərbaycan ordusu qısa bir zaman ərzində qarşıya qoyulan tapışırığı yerinə yeirdi. Dağlıq Qarabağın geniş hissəsinə nəzarətin həyata keçirilməsi üçün imkan yaradan yüksəklikləri ələ aldı, erməni ordusu isə geri çəkildi, məğlub oldu. Nəticədə erməni ordusunda təmizləmə işləri gedir.

Ermənistanın siyasi və hərbi rəhbərliyi xalqın qəzəbindən yaxa qutarmaq üçün generalları işdən çıxardılar və həbslər başlandı, amma bununla yanaşı, bu yaxınlarda Ermənistanda bütün hərbi rəhbərliyin, o cümlədən də Seyran Ohanyanın istefasını tələb edən hərəkat meydana gəldi.

Biz bilirik ki, hazırda Sarkisyanın ətrafında siyasi proseslər gedir və müxalifət qüvvələr onun buraxdığı səhvi üzə çıxararaq, müəyyən dividendlər əldə etmək istəyirlər. Ordu hər zaman siyasi məqsədlə istifadə edilə bilinəcək vasitədir.

- Bunu erməni xalqının Qarabağ klanına qarşı qiyam adlandırmaq olarmı?

- Belə deyərdim, orada qiyamlar zaman-zaman baş verir. Axı erməni əhalisinə Azərbaycan ilə dostluq, onlara düşmənçilikdən əldə edə biləcəklərindən daha çox şey verirdi. Biz nə vaxt isə dost olmuşuq, indi isə onlar ləziz tikəni itirdilər. Və necə deyərlər, qazanacaqlarından daha çox şey itirdilər.

Amma işğalçı siyasətin tərəfdarları – Qarabağ klanı hakimiyyət başındadır. Münaqişənin başlandığı birinci il deyil.  Axı nə qədər qeyri-müəyyənlik, təhlükə təhdidi altında yaşamaq olar?

Erməni ictimaiyyəti bilir ki, Azərbaycan Qarabağı itirməklə razılaşmayacaq. Gec-tez erməni tərəfi işğal edilmiş torpaqlara görə cavab verəcək.

İstənilən halda Qarabağ ermənilərdə qalmayacaq. İctimaiyyət bunu başa düşür. 1994-cü ilin aprel ayında müqavilə imzalanana qədər onlar Füzuli rayonu istiqamətində böyük itkilər verdilər.

O ölən əsgərlərin valideynləri qiyama qalxdılar. Bir gün ərzində aviasiya zərbələrimizdən 500-dən çox adam ölmüşdü. Bundan sonra hakimiyyət atəşkəs üçün danışıqlar masası arxasına oturdular.

Daha sonra hər dəfə atəşkəsi pozdular. Atəşkəsin uzunmüddətli olmasına Azərbaycan aviasiyasının zərbələrindən ermənilərin böyük itkilər verdikdən sonra nail olmaq mümkün oldu. İndi onlar anlayırlar ki, Azərbaycan ordusu artıq 20 il bundan əvvəlki ordu deyil.

Hazırda bu güclü texniki təchizat sisteminə malik olan Silahlı Qüvvələrdir. Azərbaycan ordusunun işğal edilmiş əraziləri azad etmək üçün nə zaman hücuma keçməsini gözləyərək yaşamaq onlar üçün ən güclü psixoloji təzyiqdir.

- Bu söhbətin davamı olaraq bir sual da meydana çıxır. Son aylarda erməni hərbi hissələrində qeyri-döyüş itkilərinin sayı artır, erməni KİV bunu Ermənistandan gələn könüllülərin hərc-mərcliyi “dedovşina”sı ilə əlaqələndirirlər.

- Onlar Vətən uğrunda döyüşə can atan bizim könüllülər kimi deyillər.  Erməni könüllüləri Qarabağda postlarda qalmaq istəməyənləri güclə saxlamaq istəyirlər. Bu itkilər Azərbaycan Silahlı Qüvvələrinin əməlliyatları ilə əlaqədar deyil. Birincisi, bu “dedovşina”nın nəticəsidir, ikincisi isə əsgərlər xidmət etmək istəmirlər, onlara güclü psixoloji təzyiq göstərilir. Onlar hər gün aprel hadisələrinin təkrarlanacağını gözləyirlər. Onlar artıq bizim yüksəkliklərin altındadırlar.

Hətta televiziyada onların mövqelərinin harada olduğu göstərilir. Yəni, demək istəyirəm ki, bu şəraitdə erməni əsgərinin xidmət etməsi çətindir və hər hansı yol ilə bu xidmətdən boyun qaçırmaq istəyirlər.

Bu özünü güllələmək və müxtəlif xəsarət yetirmələrə gətirib çıxarır. Ermənilərdə gecə növbəsini əsasən yerli əhali aparırdı. İndi isə ətraf yaşayış məntəqələri boşdur.

Yəni, əlinə silah ala biləcək əhali yoxdur. Könüllülər isə əsgərlərə nəzarət etmək üçün ordadırlar. Müvafiq olaraq xidmət etmək istəməyən və məcbur edənlər arasında münaqişə yaranır. Bu münaqişə təbiidir və könüllülər orda olduğu müddət ərzində bu toqquşmalar davam edəcək.

0
32