“CinemaPlus”da ən reytinqli filmin dünya premyerasından öncə nümayişi olacaq

“CinemaPlus”da ən reytinqli filmin dünya premyerasından öncə nümayişi olacaq

Tədbirdə qonaqları filmin ssenarisinə uyğun sürprizlər gözləyir.

Premium kinoteatr “CinemaPlus” 28 Mall ilk dəfə olaraq Azərbaycanda son ayların ən çox gözlənilən “Yalan illuziyası 2” filminin qapalı premyera öncəsi nümayişini dünya premyerasından 3 gün əvvəl keçirəcək. 

Oxu.Az xəbər verir ki, filmin rejissoru Con M. Cudur. Filmdə baş rolları Deniel Redkliff, Mark Rufallo, Lizzi Kaplan, Morqan Friman, Maykl Keyn və başqaları oynayıb. 

Qısa olaraq film haqqında: “Dörd atlı”, dünyanın ən yaxşı illuziyaçılar komandası yenidən toplaşıblar. Onların “magiyası” daha müasir, düşmənləri isə təhlükəlidir. Bu dəfə onlar öz şöhrətlərini qorumalı və qəddar texnomaqnatı ifşa etməlidirlər...

0
16