Qəbələdə intihar

Qəbələdə intihar

Onun oğlu aprelin 1-də hərbi xidmətdən qayıdıb.

Qəbələdə intihar hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, rayonun Tola kənd sakini özünü asıb.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Abdullayev özünü evinin yaxınlığındakı meşə zolağında asaraq intihar edib. 

Mərhumun asılmış meyitini ailə üzvləri aşkar ediblər. 

Kənd sakinlərinin verdiyi məlumata görə, Elçin Abdullayevin oğlu aprel ayının 1-də hərbi xidmətdən qayıdıb.

Onun kənd ərazisində mağaza işlətdiyi, ancaq banklara kredit borcu olduğu bildirilir. 

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

0
22