Bakı bulvarında intihar edən şəxsin kimliyi bilindi – FOTO (18+) - YENİLƏNİB

Bakı bulvarında intihar edən şəxsin kimliyi bilindi – FOTO (18+) - YENİLƏNİB

Qafarovun psixi problemləri olub.

Mayın 1-də Bakı bulvarında intihar edən şəxsin kimliyi müəyyən edilib. 

Oxu.Az-ın  məlumatına görə, hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində Dənizkənarı Milli Park ərazisində, Kukla Teatrrının arxasında özünü dənizə ataraq intihar edən şəxsin Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü Rahib Qafarov olması müəyyən edilib.

Bildirilir ki, R.Qafarovun psixi problemləri olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

13:03 (2.06.2016)

Bakıda özünü dənizə ataraq intihar edən kişinin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Oxu.Az xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, dənizdən meyiti tapılan şəxsin gözləri göy, saçı sarı rəngdədir, əynində qara mayka və tünd rəngə cins şalvar olub. 

Meyitin üzərinə baxış keçirilərkən bədənin müxtəlif yerlərində döymələr aşkar edilib.

Polis meyiti tapılan şəxsin fotolarını da təqdim edib. Onu tanıyanlardan (012) 492-02-02 və (077) 513-10-46 nömrəli telefonlara məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, 30-35 yaşlı kişi ötən gün səhər saatlarında Dənizkənarı Milli Parkda özünü dəniz ataraq intihar edib.

Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

0
66