Venesuelada ac əhali küçələrə çıxdı

Venesuelada ac əhali küçələrə çıxdı

“Biz yorulmuşuq”

Venesuelanın paytaxtı Karakasda yüzlərlə etirazçı “bizə yemək lazımdır” şüarı ilə küçələrə çıxıb.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, qəzəblənmiş yüzlərlə vətəndaş prezident iqamətgahına gələrək yemək tələb ediblər. Onları milli qvardiyanın qoşunları və polis qovub.

İlkin məlumata görə, ani etiraz dalğası bir qrup şəxsin ərzaq malları ilə dolu olan yük maşınını oğurlamaq cəhdindən sonra baş qaldırıb.

 “Mən saat 8-dən burdayam. Mağazalarda və supermarketlərdə artıq ərzaq yoxdur. Biz acıq və yorulmuşuq” - aksiya iştirakçısı deyib.

Hakimiyyət öz növbəsində müxalifəti xaos yaratmaqda ittiham edərək vəziyyətə nəzarət etdiklərini bildiriblər.

Venesuelada ağır iqtisadi və siyasi böhran davam edir. Ölkənin valyuta daxilolmalarının əsas mənbəyi olan neft qiymətlərinin enməsi vəziyyəti kritik həddə çatdırıb.

0
11