Kreml Əliyev, Putin və Ruhaninin görüşəcəyini təsdiqlədi

Kreml Əliyev, Putin və Ruhaninin görüşəcəyini təsdiqlədi

“Bəli, belə görüşə hazırlıq gedir”.

Kremldə Rusiya, İran və Azərbaycan liderlərinin ilin 2-ci yarısında Bakıda görüşünə hazırlıq aparıldığını təsdiqləyiblər.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bəli, belə görüşə hazırlıq gedir və keçirilmə vaxtı tam razılaşdırılıb təsdiq olunduqdan sonra biz məlumat verəcəyik”, - deyə, Peskov qeyd edib.

Qeyd edək ki, bundan əvvəl KİV yaxın vaxtlarda Bakıda prezidentlər İlham Əliyev, Həsən Ruhani və Vladimir Putinin görüşəcəyi barədə məlumat yaymışdılar.

0
16