“DəmirBank” yeni kampaniyaya başladı

“DəmirBank” yeni kampaniyaya başladı

Pul köçürən və ya alan müştəriyə pulsuz debet kartı hədiyyə olunur.

Müxtəlif valyutalarda köçürmə əməliyyatlarının aparılmasını təklif edən “DəmirBank” müştəriləri üçün “Pul köçürənə/alana plastik kart hədiyyə” kampaniyasına start verib. 

Oxu.Az xəbər verir ki, rampaniyanın şərtlərinə əsasən məbləğdən asılı olmayaraq, istənilən pul köçürməsi sistemi ilə pul köçürən və ya alan müştəriyə pulsuz debet kartı hədiyyə olunur. 

Hədiyyə olaraq yalnız Visa Electron və MasterCard Maestro kartları təqdim olunur. Kart bir illik verilir. 

Həmçinin, “DəmirBank”ın “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyası mövcuddur ki, adı çəkilən aksiya çərçivəsində müştərilər “DəmirBank”ın təcili pul köçürmə xidmətlərindən istifadə etməklə “Mobil danışıq kartı hədiyyə” kampaniyasından da yararlana bilərlər. 

Kampaniyanın şərtlərinə əsasən Bankın filiallarında ən azı 500 AZN / USD / EUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR olduqda isə müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

“DəmirBank” 200-dək ölkə üzrə Zolotaya Korona,Western Union, Blizko, PrivatMoney, UPT, Leader, Forsaj, Contact, Monex pul köçürmələri sistemləri vasitəsilə təcili pul köçürmə xidmətlərini reallaşdırır. Belə ki, Bankın müştəriləri heç bir zaman itkisi olmadan və əlavə hesab açılmadan rahatlıqla 100–dən artıq xarici valyuta növündə köçürmələri həyata keçirə bilərlər.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149 

http://www.demirbank.az

www.facebook.com/demirbank.az

0
24