Neft Fondu banklara 50 milyon dollar satdı

Neft Fondu banklara 50 milyon dollar satdı

Növbəti valyuta hərracı keçirilib.

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

Bu barədə Dövlət Neft Fondundan (SOFAZ) Oxu.Az-a bildirilib.

Məlumata görə, fond tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 21 banka satılıb.

İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Ülviyyə R. Əli
www.oxu.az

0
19