Azərbaycanlı “Deloyt”un idarə heyətinə üzv seçildi

Azərbaycanlı “Deloyt”un idarə heyətinə üzv seçildi

Kərimov idarə və nəzarətə cavabdeh olacaq.

“Deloyt” şirkəti (konsaltinq və audit sahəsində xidmət göstərən beynəlxalq şirkətlər şəbəkəsi – red.) Azərbaycandakı ofisinin idarəedici partnyoru Nuran Kərimovun şirkətin MDB üzrə İdarə Heyətinə üzv seçildiyi barədə məlumat yayıb. 

Oxu.Az xəbər verir ki, şirkətin məlumatında deyilir ki, Kərimov İdarə Heyətinin digər üzvləri ilə idarə və nəzarətə, eləcə də şirkətin strategiyası, risklərin azaldılması və personalın inkişafı kimi prioritet məsələlər üzrə tövsiyələrin hazırlanmasına cavabdeh olacaq. 

Bununla yanaşı, Kərimov əvvəlki kimi Azərbaycanda “Deloyt”un idarəçisi olacaq.

Qeyd edilir ki, Kərimov “Deloyt”a 2003-cü ildə gəlib və “Deloyt”un vergi sisteminin Azərbaycanda təsisçilərindən biri olub, peşəkar karyerasının əsas hissəsini yerli və beynəlxalq vergi məsələlərinə həsr edib.  

Kərimov 2008-ci ildən tərəfdaş olub. 

0
17