Azərbaycan FİFA reytinqində 22 pillə gerilədi

Azərbaycan FİFA reytinqində 22 pillə gerilədi

Millimiz 27 xal itirib.

Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb.

Oxu.Az xəbər verir ki, siyahıda planetin 209 komandası yer alıb.

Qazaxıstana 0:1 hesabı ilə uduzan Robert Prosineçkinin yetirmələrinin nə az, nə çox – 22 pillə geriləyib. Ötən ay 112-ci olan yığmamız 134-cü pilləyə yuvarlanıb.

Bu mövqeni Svazilendlə bölən millimiz ən çox geriləyən 3 komanda sırasındadı.

Azərbaycan yığmasının xal hesabı 296-dan 269-a qədər azalıb. Millimiz bir məğlubiyyət üzündən 27 xal itirib. Bunun nəticəsində Qayana, Fələstin, Tanzaniya kimi ölkələr də bizi arxada qoyub.
 
Dünyanın 14-cü “onluğ”u
131 (117). Fələstin – 273
132 (132). Bəhreyn – 271
133 (156). Qatana - 270
134 (112). AZƏRBAYCAN – 269
134 (124). Svazilend - 269
136 (133). Namibiya – 267
137 (113). Aruba – 259
138 (130). Madaqaskar – 257
139 (128). Litva – 254
140 (144). Sent-Lusiya - 238
 
Qeyd edək ki, qonşu Türkiyə yığması 983 xalla 13-cü yerdə qərarlaşıb.

0
32