Fransa ayda əlavə 400 miqrant qəbul edəcək

Fransa ayda əlavə 400 miqrant qəbul edəcək

Fransa Aİ-nin 23 üzv ölkəsi arasında qaçqınların yerləşdirilməsinə dair saziş çərçivəsində Yunanıstandan Avropa ərazisinə daxil olmuş miqrantlardan hər ay, əlavə olaraq, 400 nəfəri qəbul edəcək.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bunu Fransa XİN rəhbəri Bernar Kaznev deyib.

 O həmçinin  həftə ərzində Yunanıstan və İtaliyadan Fransaya artıq  97 qaçqının gəldiyini qeyd edərək, iyunun 9-dan etibarən ölkəyə daha 253 nəfərin gələcəyini bildirib.

0
17