Aİ-dən Türkiyə və Ermənistana barışıq çağırışı

Aİ-dən Türkiyə və Ermənistana barışıq çağırışı

Avropa Komissiyası Türkiyə və Ermənistanı münasibətlərini normallaşdırmağa çağırır və bu ölkələrin tam barışmasına gətirib çıxaracaq konstruktiv dialoqun aparılmasına ümid edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “Sputnik” agentliyinə Aİ diplomatiyası rəhbərinin rəsmi nümayəndəsi Maya Kosyançiç bildirib.

“Aİ Türkiyə və Ermənistan vətəndaş cəmiyyətlərinin tam barışmasına yol açacaq növbəti real addımların atılmasına çağırıb. Aİ Türkiyə və Ermənistan arasında  münasibətlərin normallaşdırılması prosesinə sadiq qalmaqdadır və hər iki tərəfi heç bir ilkin şərt irəli sürmədən bu prosesi bərpa etməyə çağırır”, - deyə Kosyançiç  bildirib.    

Xatırladaq ki, Almaniya Bundestaqı ötən gün uydurma “erməni soyqırımı”nın tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Almaniya parlamentinin qərarının Almaniya-Türkiyə əlaqələrinə ciddi şəkildə təsir edəcəyini bildirib.

0
25