ABŞ qırıcısı Obamanın iştirak etdiyi mərasimdə qəzaya uğradı

ABŞ qırıcısı Obamanın iştirak etdiyi mərasimdə qəzaya uğradı

Aviaqəza zamanı ABŞ prezidenti şəkil çəkdirirdi.

Amerikanın Thunderbirds pilot qrupunun qırıcısı iyunun 2-də Kolorado ştatında ABŞ HHQ-nin akademiyasının aviabazasında prezident Barak Obamanın iştirakı ilə keçirilən buraxılış mərasimi zamanı qəzaya uğrayıb, Oxu.Az Associated Press-ə istinadən xəbər verir.

Hadisə Kolorado-Sprinqs aeroportundan cənubda baş verib, pilot katapult edə bilib. Xəsarət alanlar barədə məlumat yoxdur. 

Qəzaya uğrayan təyyarənin modeli açıqlanmır, lakin məlumdur ki, Thunderbirds uçuşları F-16 qırıcılarında aparır.

İnsident zamanı Obama akademiyanın ərazisində şəkil çəkdirirdi.

0
28