Rəqqasə biznesə başladı: "Bəziləri kimi 200 minlik avtomobil sürmürəm..."

Rəqqasə biznesə başladı: "Bəziləri kimi 200 minlik avtomobil sürmürəm..." Rəqqasə Aytən yeni biznesə başlayıb. Musavat.com xəbər verir ki, rəqqasə bu gün özünün dizayn etdiyi ayaqqbıların satıldığı mağazanın açılışını edib. Yeni işi haqda danışan Aytən bildirib ki, 16 ildir ki, sənətdədir: "Bəziləri kimi 200 minlik avtomobil sürmürəm, 50 minlik maşın sürüb, pulumu gələcəyim üçün  yığmışam. Müəyyən yaşdan sonra  rəqqasəliyə fasilə verməyi düşünürəm. O zaman  qurduğum biznes sayəsində dolanacağam. Ayaqqabıları özüm dizayn etmişəm, çəkdiyim fotolar əsasında Türkiyədə fabrikdə hazırlanıb. Hər ayaqqabıdan 7 dənədir, 36-40 ölçülərdə gətirirəm. Çünki fərqlilik olmasını istəyirəm.  Bir ayaqqabıdan ölkədə yalnız 7 xanımda ola bilər. Bəzi ayaqqabıları isə sırf özüm üçün hazırladıram.  Qiymətləri də ucuzdur, 200 manatdan  başlayır. 1500 manata ayaqqabı alan xanımlar var. Baha satdığımızı düşünmürəm”.   Açılış mərasiminə əməkdar artist Lalə Məmmədova, Aysel Əlizadə, Afaq Gəncəli, Vüsalə Kərimova və başqaları qatılıb.
0
26