Bloomberg: Neft Qarabağdakı münaqişəyə görə ucuzlaşır

Bloomberg: Neft Qarabağdakı münaqişəyə görə ucuzlaşır

“Regionun bütün ölkələri yeni təhlükə fazasına keçid alır”.

Neft satışı üzrə bir aylıq minimum fonunda Rusiya rublu ucuzlaşmağa və zəifləməyə davam edir, dövlət səhmləri isə ucuzlaşır. 

Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg”in analitikləri yazır. 

Aprelin 5-də səhər dollar Rusiya rublu ilə müqayisədə bahalaşıb və 1 dollar üçün 69.4440 rubl həddinə çatıb, bu isə rublun 3,5 maddə dəyərinin düşməsi deməkdir, nəşr yazır. 

ABŞ və Avropa mərkəzi banklarının riskli aktivlərə dair yumşaq siyasəti sayəsində mart ayında rublun dəyəri 12 faiz artmışdı, amma onun möhkəmlənməsinə dair ümidlər Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların başlaması ilə yox oldu. 

Nəşr yazır ki, erməni və Azərbaycan liderlərinin münaqişənin tammiqyaslı müharibəyə keçəcəyi, bu müharibəyə regionun bütün dövlətlərinin, o cümlədən Rusiya, Türkiyə və İranın da cəlb oluna biləcəyinə dair bəyanatlarına dünya bazarı neftin ucuzlaşması ilə reaksiya verib.  

“Bloomberg”in analitikləri, həmçinin qeyd ediblər ki, Qarabağ probleminin həll edilməməsi ilə əlaqədar bütün ölkələr iqtisadi sabitlik baxımından yeni risk fazasına keçid alırlar və beynəlxalq bazarlar bunu nəzərə almaya bilməzlər.  

0
24