“Qalatasaray” haqqında son qərar tarixi açıqlandı

“Qalatasaray” haqqında son qərar tarixi açıqlandı

UEFA tərəfindən Avrokuboklardan bir mövsümlük uzaqlaşdırılma cəzası alan “Qalatasaray”ın son şansı üçün tarix bəlli olub. Apasport.az saytının məlumatına görə, İdman Arbitraj Məhəkəməsinə (CAS) müraciət edən “sarı-qırmızılar”ın şikaytinə iyunun 16-da baxılacaq.

Fransa paytaxtı Parisdə toplanacaq məhkəmə üzvləri klub haqqında son qərarını verəcək. Belə ki, əgər CAS UEFA-nın qərarını ləğv etsə, istanbullular bu mövsüm Avroliqada çıxış etmək şansı qazanacaq. Qərar qüvvəd qalsa, “cim-bom” azarkeşləri sevimli komandalarını Avropada izləmək üçün ən az növbəti mövsümü gözləməli olacaqlar.

Qeyd edək ki, “Qalatasaray” UEFA-nın maliyyə fair-play qaydalarını pozduğu üçün qurum tərəfindən bir illik cəzalandırılıb.

0
15