Ştaynmayer: "Ankara ilə münasibətlərimizin gərginləşməyəcəyinə ümid edirəm"

Ştaynmayer: "Ankara ilə münasibətlərimizin gərginləşməyəcəyinə ümid edirəm"

Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer Bundestaqın uydurma “erməni soyqırımına” dair qərarının Ankara-Berlin münasibətlərinin gərginləşdirməyəcəyinə ümid etdiyini bildirib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya XİN-in mətbuat xidməti bildirib.

“Bu Almaniya Bundestaqının müstəqil qərarıdır. Türkiyə buna  gözlənildiyi kimi reaksiya verdi və mən ümid edirəm ki, yaxın günlər və həftələr ərzində biz münasibətlərimizi elə bir yöndə quracağıq ki,  kəskin reaksiyalar verilməsin”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, Frank-Valter Ştaynmayer hazırda Argentinada rəsmi səfərdədir.

Xatırladaq ki, Almaniya Bundestaqı bu gün uydurma “erməni soyqırımı”nın tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb.

0
26