Neftin qiyməti 50 dollarlıq həddi keçdi

Neftin qiyməti 50 dollarlıq həddi keçdi

Hərracların nəticəsi.

OPEK-in neft hasilatını dondurmaqdan imtina etməsinə baxmayaraq, iyunun 2-də keçirilən hərraclar zamanı qara qızılın qiyməti bahalaşmaqda davam edərək 50 dollarlıq həddi keçib.

Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,7% artaraq bir barelə görə 50,07 dollar təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə dünya bazarlarında neftin bahalaşması son beş ildə ən uzun müddətli sayılır. 

0
19