Gədəbəydə ahıl yaşlı ər-arvad öldürülüb - YENİLƏNİB

Gədəbəydə ahıl yaşlı ər-arvad öldürülüb - YENİLƏNİB

Ələsgərovun 74, Alıyevanın isə 88 yaşı var idi.

Gədəbəydə öldürülən ahıl ər-arvadın meyitini qızı  aşkarlayıb. 

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya rayonun Söyüdlü kəndində öldürülən 1942-ci il təvəllüdlü Səyyad Ələsgərov və 1928-ci il təvəllüdlü Bəsti Alıyevanın qızı Rəna Kərimova bildirib.

R. Kərimova evə daxil olarkən ata-anasının üzərində zorakılıq əlamətləri olan meyitlərini gördüyünü: 

“Hər gün gəlib onlara baş çəkirdik. Dünən səhər evə girəndə ata-anamı evin birinci mərtəbəsində otaqda qətlə yetirilmiş halda gördüm”.

Mərhumların oğlu Rəfail Alıyev isə valideynlərinin heç kimlə konfliktinin olmadığını bildirib.

Ailə üzvləri qətlin tamah məqsədi ilə törədilməsinə də inanmadıqlarını deyib.

11:17

Gədəbəy rayonunda qətl törədilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. 

Məlumata əsasən, kənd sakinləri - 1942-ci il təvəllüdlü Səyyad Ələsgərov (74 yaş) və həyat yoldaşı, 1928-ci il təvəllüdlü Bəsti Alıyevanın (88 yaş) üzərilərində zorakılıq əlamətləri olan meyitləri yaşadığı evdə aşkar edilib.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

0
29