Naxçıvan 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilib

Naxçıvan 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilib

Prezident İlham Əliyev Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılacaq:

Təşkilat Komitəsinin sədri

Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Təşkilat Komitəsi sədrinin müavini

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri

Təşkilat Komitəsinin üzvləri

Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Səyyad Salahlı – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Aynur Sofiyeva – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Natəvan Qədimova – Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri

Məmməd Qəribov – Naxçıvan Muxtar Respublikasının təhsil naziri

Azad Cabbarov – Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Dağbəyi İsmayılov – Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) baş direktorunun müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Urxan Ələkbərov – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Vasim Məmmədəliyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Vasif Eyvazzadə – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi

Əsgər İsmayılov – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi

Vüqar Babayev – Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi

Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlər planını üç ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb.

0
31