Azərbaycan Almaniyaya etiraz etdi

Azərbaycan Almaniyaya etiraz etdi

“Tarixin saxtalaşdırılması qəbuledilməzdir”.

Almaniya Parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar 2 iyul 2016-cı il tarixində qəbul edilmiş qətnaməni qərəzli və qeyri-obyektiv hesab edirik. Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir.

Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, Almaniya Parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, o cümlədən Xocalı soyqırımına etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən “erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi və ona dair mühakimələr yürütməsi ikili standartların bariz nümunəsidir.

“Bu tarixi saxtakarlıq faktına parlament səviyyəsində münasibətin bildirilməsi Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir”.   

0
15