İlham Əliyev diaspora təşkilatları ilə bağlı sərəncam imzaladı

İlham Əliyev diaspora təşkilatları ilə bağlı sərəncam imzaladı

Dövlət başçısı 3 milyon manat ayırıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat ayrılır.

Sərəncama görə, Maliyyə Nazirliyi bu Sərəncamın müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

0
20