OPEK üzvləri yeni baş katib seçdi

OPEK üzvləri yeni baş katib seçdi

Barkindo bu vəzifəyə üç il müddətinə təyin edilib.

Nigeriya Dövlət Neft Şirkətinin (Nigerian National Petroleum Corporation, NNPC) sabiq rəhbəri Muhammed Barkindo 2016-cı ilin avqust ayının 1-dən OPEK-in baş katibi olacaq.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə təşkilatın informasiya xidmətinin rəhbəri Həsən Hafid bildirib.

“Konfrans Nigeriyadan olan Barkindonu 2016-cı ilin avqust ayının 1-dən təşkilatın baş katibi təyin etmək qərarına gəlib”, - o, jurnalistlərə deyib.

Barkindo, bu postu 2007-ci ildən tutan hazırkı baş katib Abdulla Salam əl-Bədrini əvəz edəcək.

0
27