Cahangir Hacıyevin həbs müddəti uzadıldı

Cahangir Hacıyevin həbs müddəti uzadıldı

“Şikayətə sabah baxılacaq”.

Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya məlumat verən vəkil Aqil Layıcov bildirib ki, mayın 27-də Nərimanov rayon Məhkəməsində keçirilmiş iclasda həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb:

“Bu gün mən Cahangir Hacıyevlə görüşdüm. Saxlanma şəraitindən narazılığı olmasa da, səhhətində problemlər var. Özünü yaxşı hiss etmir. Hər dəfə səhhəti pisləşəndə həkimlər müayinə və tibbi yardım göstərirlər. Lakin onun müalicəsi saxlanma yerində mümkün deyil”.

Vəkil həbs qətimkan tədbirinin uzadılması barədə məhkəmə qərarından apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verdiklərini deyib:

“Şikayətə sabah baxılacaq”.

Qeyd edək ki, ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb.

C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.

0
18