Rəqqasə Fatimənin birinci toyundan görüntülər – VİDEO

Rəqqasə Fatimənin birinci toyundan görüntülər – VİDEO

“Ona ərə getməsəydim, özümü öldürə bilərdim”.

Rəqqasə Fatimə Fətəliyeva “ATV maqazin onlarla” verilişində şəxsi həyatı ilə bağlı bəzi  etiraflar edib.

Oxu.Az xəbər verir ki, rəqqasə birinci həyat yoldaşı ilə bağlı bunları deyib:

“Həyatımda böyük bir sevgi yarandı - Aydanımın atası. Düzdür, o vaxtlar ailələr qızlarını tez ərə verirdilər, 15-16 yaşından. Amma bizim ailəmizdə belə bir fikir yox idi. Yəni anam, atam düşünmürdü ki, mən artıq ailə qurmalıyam. Sadəcə ərkəsöyünlüyüm, sözə baxmamağım mənə həyatda çox problemlər yaratdı.

Həyat yoldaşımı o qədər çox sevirdim ki, məni ona ərə verməsəydilər, özümü öldürə bilərdim. Məktəbdə oxuyanda 16 yaşımda qoşulub qaçdım. Sonra toyum oldu. Toyun xərcini valideynlərim çəkdi. Bütün əziyyətlərim ailə qurandan sonra başladı”.

Qeyd edək ki, illər sonra biznesmenlə vətəndaş nikahında yaşayan Fatimə Fətəliyeva 2011-ci ildə ikinci dəfə oğul anası olub. 

0
39