Türkiyədə prezident üsul-idarəsinə keçid və MHP qurultayı

Türkiyədə prezident üsul-idarəsinə keçid və MHP qurultayı

“Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, siyasət üzrə fəlsəfə doktoru Nazim Cəfərsoydur.

Əsas tezislər...

...Türkiyə siyasətinin müzakirə elementlərinə baxdıqda ölkənin artıq təkpartiyalı siyasi sistemə doğru getdiyini görürük. Əslində bu, bütün Yaxın Şərqə xas olan modeldir.

...Təkpartiyalı sistem antidemokratik rejim demək deyil. Təkpartiyalılığın da müxtəlif modelləri var. SSRİ-də olduğu kimi qanuni təkpartiyalılıq, hakim təkpartiyalılıq, hegemon və s. Xalqın səs verməsi nəticəsində, ədalətli seçkilərdə daim qalib gələn partiyaların olduğu hakim  təkpartiyalılıq modeli də var. Hindistan, Yaponiya, Meksikada da hakim təkpartiyalılıq modelləri mövcud olub. Türkiyədə kimilərinə görə hakim tək partiya, kimilərinə görə isə yumşaq hegemon partiya modeli mövcuddur...

...Təkpartiyalılıqla prezident üsul-idarəsinin birləşməsi artıq xüsusilə də Yaxın Şərqdə avtoritar rejimə şərait yaradır...

...Türkiyədə də xarizmatik lider və təkpartiyalı sistemin olduğu struktur var...

...Türkiyənin prezident üsul idarəsinə keçməsinin fəsadları və üstünlükləri var...

..Prezident Ərdoğan prezident üsul idarəsinə daha əvvəl bu tezisi müdafiə etmiş Özaldan  çox daha yaxındır. Ancaq ölkədə və ciddi bir təbəqə də Türkiyənin parlament üsul idarəsinin qalmasını ənənəsini dəstəkləyir...

...Davudoğlunun istefası və ya istefaya göndərilməsi hakimiyyət daxilində bəzi məsələlərlə bağlı fikir ayrılıqlarının olduğunu göstərir...Bu istefanın əsas səbəbinin prezident üsul idarəsinə keçidlə bağlı prezidentlə baş nazirin yanaşmalarındakı fərqlilik olduğu deyilir.  

...Binəli Yildırım dönəmi də o qədər rahat keçməyəcək...

...Ərdoğanın xarizmatikliyindən əlavə ən böyük üstünlüyü güclü insanlarla işləməyi bacarmasıdır...

....Həssas dönəmdə AKP üçün hər millət vəkili önəmlidir...

...AKP üçün heç hər şey asan deyil, 330 millət vəkilini tapmaq, bir arada tutmaq və əhalini də prezident üsul-idarəsinə keçidin labüdlüyünə inandırmaq lazımdır... Ancaq AKP-nin seçki qələbələri və müxalifətin artıq ənənəviləşmiş zəifliyi prezident Ərdoğana ciddi fürsətlər yaradır. 

...MHP bu gün Türkiyədəki mövcud siyasi mənzərədə ən mühüm partiyaya çevrilib, çünki bu partiya seçkilərdə həm hakim AKP-dən, həm də CHP-dən səs qopara bilmək imkanına malikdir.

Həm qlobal, həm regional, həm də  daxili siyasətinin ümumi mənzərəsi ölkədə milliyyətçiliyi gücləndirir və  MHP-dəki dəyişiklik prosesinə xüsusi impul verir. Digər tərəfdən  MHP-nin 15 ildir seçkilərdə göstərdiyi uğursuz nəticələr partiyada narazılıq yaradır. Və təbii ki, heç kim ardıcıl məğlub olan liderlə işləmək istəməz...

...Liderin dəyişməsi hər zaman problemli olur...

...MHP aksion partiyasıdır. 15 may hadisələrinə gəldikdə, iddiaçıların hamısı fürsətdən istifadə edib önə keçmək istəyirdi...

0
18