Rusiya XİN: Dağlıq Qarabağ üzrə görüşün dəqiq vaxtı hələ məlum deyil

Rusiya XİN: Dağlıq Qarabağ üzrə görüşün dəqiq vaxtı hələ məlum deyil

“Bu barədə tərəflər özləri razılığa gəlməlidirlər”.

Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə görüşünün dəqiq tarixi barədə məlumat yoxdur.

Oxu.Az Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

“Görüşün nə vaxt və harada keçirilməsi barədə tərəflər özləri razılığa gəlməlidir. Ancaq bundan sonra görüşün tarixi, yeri, müzakirə olunacaq məsələlər barədə məlumat veriləcək”, - Zaxarova deyib.

0
27