Ərdoğanın prezidentliyi ləğv edilə bilər - İDDİA

Ərdoğanın prezidentliyi ləğv edilə bilər - İDDİA

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla bağlı Ankara Prokurorluğuna şikayət ərizəsi daxil olub. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən Hakimlər və Prokurorlar Birliyinin fəxri prezidenti Ömər Faruk Eminağaoğlu müraciətində prezident Rəcəb Tayyip Ərdoğanın ali təhsilinin olmadığını və diplomunun saxta olduğunu yazıb.

Eminağaoğlu şikayətində Ərdoğanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədləri saxtalaşdırdığını iddia edib.

Tanınmış hüquqşünas bildirib ki, Ərdoğan tamamilə saxta sənədlər vasitəsi ilə prezidentliyə  namizəd olub və qanunsuz şəkildə ölkə başçısı seçilib. O, son prezident seçkilərinin nəticələrinin ləğv edilməsi və yeni prezident seçkisinin vaxtının təyin edilməsi ilə bağlı prokurorluğa müraciət edib.

0
22