İTV “Avro-2016”nın 23 oyununu canlı təqdim edəcək

İTV “Avro-2016”nın 23 oyununu canlı təqdim edəcək

“Hər oyun günü 1 görüşü yayımlayacağıq”.

Hörmətli dostlar və həmkarların “Avro-2016”nın yayımı ilə bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq suallara aydınlıq gətirmək istəyirəm.

İctimai Televiziya Avropa çempionatının Azərbaycan ərazisində əsas yayımçısıdır. Müqavilə şərtlərinə görə, 23 oyunu canlı təqdim etmək hüququmuz var.

Oxu.Az xəbər verir ki, bu barədə şəxsi Facebook profilində İTV telekanalının idman şərhçisi Tural Dadaşov bildirib.

Onun sözlərinə görə, buraya açılış, 1/4 finalın bütün oyunları, hər iki yarımfinal və final da daxildir.

“Digər matçlara gəlincə, hər oyun günü 1 görüşü yayımlayacağıq. Gün ərzində keçiriləcək oyunların ilk seçim hüququ bizə məxsusdur. Artıq qrup mərhələsinin ilk 2 turu üçün Fransa- Rumıniya, İngiltərə-Rusiya, Türkiyə-Xorvatiya, Belçika-İtaliya, Portuqaliya-İslandiya, Fransa-Albaniya, Almaniya-Polşa, İspaniya-Türkiyə və Portuqaliya-Avstriya oyunları sifariş edilib.

3-cü tur və 1/8 final qarşılaşmaları isə çempionat zamanı hadisələrin gedişatından asılı olaraq seçiləcək. Qitə birinciliyinin digər oyunları isə “CBC Sport” telekanalı ilə təqdim olunacaq. Hamıya uğurlar!”, - deyə T.Dadaşov yazıb.

0
45