“CinemaPlus” kinoteatrında “Cəngəllik kitabı” nağılı başlayır – VİDEO

“CinemaPlus” kinoteatrında “Cəngəllik kitabı” nağılı başlayır – VİDEO

Filmin rejissoru Con Favrodur.

Azərbaycanın premium kinoteatrı “CinemaPlus” aprelin 7-dən etibarən “Cəngəllik kitabı” nağılı əsasında çəkilmiş macəra filminin nümayişinə başlayıb.

Oxu.Az xəbər verir ki, bu, Redyard Kiplinq tərəfindən yazılan kifayət qədər məşhur bədii əsərin ekranlaşdırılmasıdır.

Film çox balaca oğlan uşağından bəhs edir, hansı ki, zaman-zaman baş verən faciəvi hadisələr ucbatından Hindistanın cəngəlliklərinə düşür. Orada onu canavarlar tapırlar və tərbiyə üçün öz sürülərinə götürürlər. Uşaq canavar balalarının böyüdüyü şəraitdə olduğu kimi böyüməyə başlayır. 

0
26