Ərdoğan: “Bu, Almaniya və Türkiyə münasibətlərinə ciddi təsir edəcək”

Ərdoğan: “Bu, Almaniya və Türkiyə münasibətlərinə ciddi təsir edəcək”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniyanın uydurma “erməni soyqırımı”nı tanımasına dair açıqlama verib.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Keniyada səfərdə olan R.T.Ərdoğan jurnalistlərə açıqlamasında bildirib ki, bu istiqamətdə ilk qərar səfirin geri çağırılması oldu:

“Az əvvəl Baş Nazirlə danışdıq, bu məsələdə ilk olaraq səfirimizi geri çağırmaq qərarına gəldik.  Almaniyanın bu qərarı Almaniya və Türkiyə münasibətlərinə ciddi şəkildə təsir edəcək.  Keniyadan döndükdən sonra bunları dəyərləndirəcəyik. Necə bir addım atmalı olduğumuzu qərarlaşdıracağıq. Hələlik biz Türkiyəyə gedənə qədər Xarici İşlər Nazirliyinin əməkdaşları da lazımlı tədbirləri görəcək”.

0
23