Azərbaycan beynəlxalq müsabiqənin qalibi oldu

Azərbaycan beynəlxalq müsabiqənin qalibi oldu

Beynəlxalq XVIII  “Ural mono” festivalının qalibi müəyyənləşib. Lent.az-ın məlumatına görə, həmin müsabiqənin münsiflər kürsüsündə əyləşən müğənni Roza Zərgərli bu gün Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirib. İfaçı mətbuat konfransında bildirib ki, Azərbaycanı təmsil edən Nicat Rəhimov həmin yarışın qalibi olub: “Artıq neçə gündür ki, yuxusuzam. Bu müsabiqəyə qatılmağımız çox məsuliyyətli idi. Azərbaycanı hər hansı bir ölkədə təmsil etmək çox məsuliyyətli bir işdir. Yarış iki mərhələdən ibarət idi. Birinci mərhələdə təmsilçimizin çıxışına 8, ikinci mərələdə isə 9 xal verdim. Məndən fərqli olaraq digər ölkələr öz təmsilçilərinə yüksək xal verirdilər. Mən sadəcə ədalətli olmağa çalışdım. Bu festivala 5 türkdilli ölkə və Rusiyanın 9 regionundan 56 iştirakçı qatılmışdı. Yekunda qalib gəldiyimizə görə çox şadam”.

Daha sonra XVIII  “Ural mono” festivalının qalibi Nicat Rəhimov təəssüratlarını bölüşüb: “Öncədən qələbə qazanacağıma əmin deyildim. Bu mənim üçün bir sürpriz oldu. Qalib olduğum üçün, Azərbaycana birincilik gətirdiyim üçün şadam”.

Xatırladaq ki, həmin festivalda Azərbaycandan alət ifaçıları Mədinə Şaxqeldiyeva və Aygün Həsənova da iştirak edib. Lakin onlar qaliblər sırasına düşə bilməyib.

Qeyd edək ki, R.Zərgərli Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyinin dəvəti ilə həmin festivalda münsif olub. Onunla birgə münsiflər kürsüsündə tanınmış bəstəkar Ural İdeabaev, Svetlana Slyaquzova, İsmet Zaatov, Mansur Taşmatov və başqaları əyləşib.

0
34