Ərdoğan Almaniya parlamentinin qərarından danışdı

Ərdoğan Almaniya parlamentinin qərarından danışdı

“Ondan sonra yekun qərarımızı verəcəyik”.

Bir qədər əvvəl Baş nazirlə telefonla danışdıq. Ortaq mövqeyimiz Almaniyadakı səfirimizi Türkiyəyə çağırmaq oldu. Alman parlamentinin bu qərarı Almaniya-Türkiyə münasibətlərinə ciddi maneə törədəcək. 

Oxu.Az xəbər verir ki, bu sözləri Keniyada səfərdə olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Bundestaqının qondarma “erməni soyqırımını” tanıması ilə bağlı sualı cavablandırarkən bildirib.

Ərdoğanın sözlərinə görə, səfərdən qayıtdıqdan sonra alman parlamentinin qəbul etdiyi qətnamə dəyərləndiriləcək.

“Ondan sonra yekun qərarımızı verəcəyik”, - deyə, o, bildirib.

0
12